Səudiyyə Ərəbistanının şahzadəsinin müavini Məhəmməd ibn Salman bazar ertəsi ABŞ-a yola düşüb.
Mynews.az bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.
Agentliyin məlumatına görə, həmçinin Səudiyyə Ərəbistanının müdafiə naziri olan şahzadə Məhəmməd ibn Salman ABŞ-ın prezidenti Donald Tramp və digər rəsmi şəxslərlə qarşılıqlı maraq doğuran ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və regional məsələləri müzakirə edəcək.
Bu, inauqurasiyadan sonra Trampın Səudiyyə Ərəbistanının kral ailəsinin nümayəndəsi ilə ilk görüşü olacaq.
Daha öncə Trampın Səudiyyə Ərəbistanının kralı ilə telefon danışığı zamanı Suriyada təhlükəsizlik zonasının yaradılması ideyasını müzakirə etdiyinə dair məlumat yayılmışdı.
(Oxu.Az)
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub