"Mən qanuna tabe insanam və heç zaman qanunu pozmamışam".
Mynews.az-a istinadən bildirir ki, bunu Marneuli rayonunun icra başçısı Temur Abazov Rustavi məhkəməsində deyib.
O, polis akademiyasını bitirdiyini və qanunun onun üçün birinci yerdə olduğunu söyləyib: "Saxlanılmağım məni təəccübləndirib. İstintaqla əməkdaşlıq edirəm. Mən Marneulidə qanun çərçivəsində işləmişəm".
T. Abazovu müdafiə edən vəkil onun 10 min lari məbləğində girov müqabilində azadlığa buraxılmasını tələb edib.
Məhkəmə iclası davam edir.
Qeyd edək ki, T. Abazov ötən gün Marneuli sakini Elçin Allahverdiyevə qarşı qeyri-insani və alçaldıcı davranış faktı ilə bağlı saxlanılıb. İrəli sürülmüş ittihama əsasən onu 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub