Avropa Birliyi ölkələrinin liderləri Brüssel sammitində Rusiyaya qarşı sanksiyaların yarım il müddətinə uzadılması ilə bağlı qərar qəbul edib.
Mynews.az xəbər verir ki, bununla bağlı RİA Novosti Avropa Birliyi strukturundakı mənbəyə istinadla məlumat yayıb.
“Rusiya, Ukrayna və Minsk razılaşması ilə bağlı qısa müzakirələr aparıldı və sanksiyaların müddətinin 6 ay daha uzadılması ilə bağlı qərar qəbul edildi”, - məlumatda deyilir.
Avropa Birliyi, ABŞ və bir sıra ölkələr Rusiyanın Krımı ilhaq etməsi və Ukraynanın şərqindəki münaqişə səbəbindən 2014-cü ildən rəsmi Moskvaya qarşı sanksiyalar tətbiq etməyə başlayıb.
Avropa Birliyi liderlərinin iki günlük Brüssel sammiti iyunun 28-də başlayıb.
1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub