Azərbaycan “Institute for Economics and Peace” təşkilatı tərəfindən hazırlanan “Global Peace Index 2018” siyahısında 132-ci yeri tutub.
Mynews.az xəbər verir ki, siyahıda teraktlara, cinayətkarlığın aşağı səviyyəsinə, silahların idxal və ixracına görə ən dinc ölkələrin adları qeyd olunub.
Dünyanın ən təhlükəsiz ölkəsi İslandiya olub ki, burada hər 100 min insana 1,8 qətl düşür. İkinci yeri Yeni Zelandiya, üçüncü yeri isə Avstriya tutub. İlk onluğa Portuqaliya, Danimarka, Kanada, Çexiya, Sinqapur, Yaponiya və İrlandiya daxil olub.
Ən təhlükəli 10 ölkələr Suriya, Əfqanıstan, Cənubi Sudan, İraq, Somali, Yəmən, Liviya, Konqo, CAR və Rusiyadır.
Qeyd edək ki, ən sakit ölkələrin siyahısında Ermənistan 7 və Gürcüstan isə 4 pillə geriləyib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub