Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın qardaşı - xüsusi tapşırıqlar üzrə səfir Levon Sarkisyan, onun oğlu Narek və qızı Ani qanunsuz varlanmaqda və mülkiyyətləri barədə bəyannamə təqdim etməkdən yayınmaqda ittiham olunur.
Mynews.az xəbər verir ki, bu haqda TASS məlumat yayıb.
“Narek Sarkisyanın mənzilində aparılan axtarış zamanı atası Levon Sarkisyan və bacısı Ani Sarkisyanın adına 6,8 milyon dollar məbləğində bank əmanəti üzrə sənədlər aşkarlanıb”, -deyə məlumatda qeyd olunur.
Ermənistanın dövlət gəlirləri komitəsinin təhqiqatçıları bildirib ki, Sarkisyan ailəsinin üzvləri öz bəyannamələrində bu iri məbləğli aktivləri göstərməyib.
Bununla əlaqədar onlara qarşı bəyannamədən yayınma və qanunsuz varlanma maddələri ilə cinayət işi açılıb.
Xatırladaq ki, keçmiş Ermənistan liderinin qardaşı Levon Sarkisyan 1998-ci ildən bəri müxtəlif ərəb ölkələrində səfir olub (Suriya, Tunis, İordaniya).
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub