Antalyanın Manavqat Mahalında boşanma mərhələsində olduğu həyat yoldaşını tüfənglə təhdid edib zorla cinsi əlaqəyə girdiyi və çılpaq fotolarını çəkdiyi ittihamı ilə mühakimə olunan 38 yaşlı C.Y. haqqında 39 ilə qədər həbs cəzası istənilib.
Milli.Az DHA-ya istinadən xəbər verir ki, elektrik ustası olan C.Y. 30 yaşlı B.Y.Y.-ya qarşı bu hadisəni keçən ilin iyul ayında törədib.
Məhkəmədə ifadəsi alınan şübhəli C.Y. ittihamları qəbul etməyib:
"Hadisə günü evimə gəldi. Evimdə silah yoxdur. Öz razılığı ilə cinsi əlaqəyə girdik. Özünün istəyiylə də fotolarını çəkdim. Əvvəllər də belə istəkləri olurdu".
Həyat yoldaşının ilk evliliyindən olan qızını zorlayan A.B. ilə birlikdə yaşadığını iddia edən C.Y. "İlk yoldaşımdan olan 3 qızım var. Bu qızlarımdan biri A.B. tərəfindən cinsi istismara məruz qaldı. B.Y.Y. indi bu adamla birlikdə yaşayır" deyib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub