“Adam öldürməyə cəhd” maddəsi ilə şübhəli bilinən Başqırdıstanın paytaxtı Ufa sakini üç il sonra tapılıb.
Mynews.az xəbər verir ki, 2015-ci ildə yaxın rəfiqəsi ailəsini dağıtdığı üçün Zinaida İskəndərovadan intiqam almaq qərarına gəlir və üzünə sulfat turşusu tökür.
Zərərçəkmişin sözlərinə görə, rəfiqəsi evli ola-ola kənarda başqası il görüşməyə başlayır. Tezliklə əri onun xəyanəti haqqında öyrənir və onlar boşanırlar. Zinaidanın da rəfiqəsi onu ərinə xəyanət haqqında məlumat verməkdə və ailəsini dağıtmaqda ittiham edərək qisas almaq qərarına gəlir.
Zinaidanın bədən səthinin 70 faizi yanıb. Bir neçə ay xəstəxanada qalmalı olub. Ağır əməliyyatlar keçirib. Həkimlər çətinliklə gözlərini xilas ediblər və görmə qabiliyyətini qaytarmağa çalışırlar.
Cinayəti törədən isə Azərbaycana qaçıb. Hazırda cinayət işinin lazımi orqanlara yönləndirmək üzrə işlər davam etdirilir.
(Oxu.az)
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub