Rusiyanın Ermənistandakı hərbi bazasında üç mindən çox hərbi qulluqçunun iştirakı ilə taktiki təlimlər başlayıb.
Mynews.az xəbər verir ki, bununla bağlı TASS agentliyi Cənub Hərbi Dairəsinin mətbuat xidmətinə istinadla məlumat verib.
İyulun 28-dək Zaqafqaziyada keçiriləcək təlimlərə üç mindən çox şəxsi heyət və 500-ə yaxın hərbi texnika, o cümlədən hava hücumundan müdafiə qüvvələri, hərbi aviasiya və pilotsuz aviasiya cəlb olunub.
Motoatıcı, tank, kəşfiyyat, artilleriya və mühəndis bölmələri təlimin keçirildiyi “Kamxud” və “Alaqyoz” poliqonlarına marş edib.
Havadan bölmələri “MiQ-29” təyyarələri, “Mi-24” və “Mi-8 MTŞ” helikopterləri müşayiət edir.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub