İndoneziyada iki üzlü və bir cüt beyinli körpə doğulub.
Mynews.az xəbər verir ki, bununla bağlı “Daily Mail” məlumat yayıb.
Qilan Endika adlı uşaq İndoneziyanın Batam şəhərində dünyaya gəlib. Hazırda o, iki aylıqdır. Onun bir bədəni, iki ayağı və iki əli var, ancaq onun əkiz qardaşı ana bətnində inkişaf edə bilməyib və başı deformasiya olub. Bu patologiya 250 min haldan birində baş verir.
Nəşr qeyd edib ki, əkiz qardaşın başı körpənin həyatı üçün təhlükə törədir. Yerli həkimlər bu vəziyyətdə ona kömək edə bilməyəcəklərini deyiblər. Hələlik uşaq mütəxəssislərin nəzarəti altında xəstəxanada saxlanılıb.
Qilanın anası deyib ki, doğuma qədər körpənin vəziyyətindən xəbərsiz olub. Hamiləlik vaxtı yoxlanışa gəlsə də, bu zaman heç bir problem üzə çıxmayıb.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub