ABŞ hüquq-mühafizə orqanları avtomobil fırıldaqçılığı ilə məşğul olan cinayətkar qrupu müəyyən ediblər.
Mynews.az xəbər verir ki, qrupun tərkibində Azərbaycan vətəndaşları da olub.
Qruplaşma 25 nəfərdən ibarət olub. Onlardan ikisi ukraynalı, ikisi latviyalı, dördü azərbaycanlı, yeddisi rusiyalı, beşi gürcüstanlı, üçü qazaxıstanlı, biri türkiyəli və biri isə amerikalı olub.
Bundan əvvəl, Miçiqan və Floridada dəstənin bir neçə üzvü, Nyu-Yorkda isə 11 üzvü saxlanılıb.
İttihamlara görə, cinayətkar dəstənin üzvləri avtomobil almaq istəyən vətəndaşlardan pul alaraq, yoxa çıxıblar. Qurbanlar yalan elanlar vasitəsilə fırıldaqçıları özləri tapıblar. Cinayətkar qrup ABŞ vətəndaşlarından aldığı 4,5 milyon dollarla şirkət də açmağa nail olublar.
Dəstə üzvləri dələduzluq məqsədilə əlbir olmaqda ittiham olunurlar. Bu maddə ilə ABŞ qanunlarına görə onları 30 ilə qədər həbs cəzası verilə bilər.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub