Ermənistan baş naziri Nikol Paşinyan “Exo Moskva” radiostansiyasına müsahibəsində Rusiya prezidenti Vladimir Putinlə görüş barəsində təəssüratlarını bölüşüb.
Mynews.az xəbər verir ki, Paşinyan Putini başqa cür təsəvvür etdiyini deyib.
Onun sözlərinə görə, rus liderin səmimi insan olması onun üçün “xoş sürpriz” olub.
“Əlaqələrimizdə məni nə qane edir? İkimiz də səmimiyik və sözü birbaşa deyirik. Moskva səfərindən sonra mən dedim ki, Ermənistan və Rusiya arasındakı münasibətlərdə qaranlıq tərəflər olmamalıdır”, - Paşinyan bildirib.
O əlavə edib ki, bu, Rusiya və Ermənistanın hər şeydə razılaşacağı anlamına gəlmir. Paşinyan əlavə edib ki, söhbət “səmimi” münasibətlərdən gedir.
Bundan əvvəl, Paşinyan Putinlə Moskvada keçirdiyi görüşü effektiv hesab edib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub