Mərkəzi Afrika Respublikasında (MAR) sənədli film çəkən rusiyalı jurnalistlərə 10 nəfər hücum edib.
Mynews.az xəbər verir ki, bununla bağlı “Radio Ndeke Luka” radiostansiyası məlumat yayıb.
Bildirilib ki, Orxan Camal, Aleksandr Rastorquyev və Kirill Radçenkoya hücum Sibuta yaxınlığında, saat 18:00-da törədilib.
“Təhlükəsizlik qüvvələri artıq qaranlıq olduğu üçün onlara şəhərdən çıxmamağı tövsiyə edib. Ancaq onlar təkid ediblər”, - şəhərin rəsmisiMarselina Yoyoya deyib.
Onun sözlərinə görə, hücum edənlərin hamısı əmmamədə olublar və ərəbcə danışıblar.
BMT-nin MAR-dakı nümayəndəliyindən bildirilib ki, öldürülən rusiyalı jurnalistlərin cəsədləri Sibuta şəhərindən 33 kilometr şimalda, avtomobildə aşkar edilib.
Hücumun səbəbləri məlum deyil. İlkin ehtimala əsasən, bu, qarət olub.
Vəziyyət şəxsən Rusiya xarici işlər naziri Sergey Lavrovun nəzarətindədir.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub