Türkiyə parlamentinin sədri Binəli Yıldırım rəsmi Vaşinqtonun türkiyəli nazirlərə qarşı sanksiyalar tətbiq etməyə dair qərarının qanunsuz və özbaşına olduğunu düşünür.
"ABŞ Maliyyə Nazirliyinin Türkiyə daxili işlər naziri Süleyman Soylu və ədliyyə naziri Əbdülhəmid Gülə qarşı sanksiyalar tətbiq edilməsi barədə qərarı qanunsuz və ifrat dərəcədə özbaşına qərardır", - B.Yıldırım deyib.
O, sanksiyaların ABŞ-ın Türkiyənin məhkəmə orqanlarına hörmət etməməsinin göstəricisi olduğunu deyib.
Qeyd edək ki, dünən ABŞ Maliyyə Nazirliyi Türkiyənin daxili işlər naziri Süleyman Soylu və ədliyyə naziri Əbdülhəmid Gülə qarşı sanksiyalar tətbiq edib. Buna səbəb Ankaranın amerikalı rahib Endryu Bransonun vətəninə qayıtmasına icazə verməməsi olub.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub