Eyni binada yaşayan iki qadının "evə kişi gətirdin" davası məhkəməyə qədər uzanıb.
İstanbulda eyni binada yaşayan iki qadından Çiğdem B. ərindən boşandıqdan sonra eyni mənzildə yaşamağa davam etdiyini bildirərək, qonşusu Sevgi K.-nın ona iftira atdığını deyib.
Çiğdem B. "Boşandıqdan sonra Sevgi K. qonşularıma mənim haqqımda "O yaxşı qadın deyil. Evinə kişi gətirir" deyirmiş. Öz ailəmdən də Sevgi K.-nın bu ifadələrini eşidəndə əsəbiləşdim. Özündən niyə haqqımda bu cür dediqodular etdiyini soruşdum. Mənə hücum edərək paltarımı cırdı, təhqir etdi" deyib.
Qonşusu Çiğdem B.-nin binada bir çox insanla yola getmədiyini söyləyən Sevgi K. isə "Çiğdem K. boşandıqdan sonra evinə kişi gətirdiyinin dəfələrlə şahidi oldum. Mənə evimə kişilər gətirirəm deyə şər atır. Binanın girişində kamera var, buna baxılsın. Kim evinə kişi gətirir ortaya çıxar" ifadələrini işlədib.//Milli.Az

1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub