Suriya prezidenti Bəşər Əsədin xərçəng xəstəliyi diaqnozu qoyulan həyat yoldaşı Əsma Əsəd xalqa müraciət edib.
Mynews.az xəbər verir ki, o, fikirlərini “Twitter” hesabında bölüşüb.
“Mən əzm, güc və çətinliklərlə qarşılaşabilmə dünyasına öyrəşmiş xalqdanam. Və mənim qətiyyətim sizin qətiyyətinizdən irəli gəlir”, - o bildirib və öz fotosunu yerləşdirib. Fotoda Əsma Əsədin gülümsəməsi əks olunub.
Əsma Əsəd avqustun 8-də xəstəxanaya yerləşdirilib. Qadına döş vəzisinin xərçəngi diaqnozu qoyulub. Bildirilir ki, xəstəliyi erkən mərhələdə aşkar ediblər.
Avqustun 11-də Suriya prezidentinin həyat yoldaşının 43 yaşı tamam olub. Bəşər Əsəd Əsma ilə 2001-ci ildə ailə həyatı qurub. Həmin il onların Hafiz adlı oğlu, 2003-cü ildə Zeyn adlı qızı, 2004-cü ildə isə Kərim adlı ikinci oğlu dünyaya gəlib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub