Tacikistanda rusiyalı, belaruslu və ispan alpinistlərin olduğu “Mi-8” helikopteri Fortanbek buzlağına sərt eniş edib.
Mynews.az xəbər verir ki, helikopter İsmoili Somoni zirvəsinə çıxacaq alipinistləri buzlağın ətəyində yerləşən düşərgəyə aparırmış.
Qeyd edək ki, “sərt eniş” qəzaya uğrama və qəza enişi arasında ortalıq bir şeydir.
Hazırda ən azı bir nəfərin öldüyü məlumdur. Helikopterdə 13 rusiyalı, belarus və ispanla yanaşı, Tacikistan vətəndaşları olan heyət üzvləri də qalıb. Onlar “yer” ilə əlaqəyə çıxaraq, gecə qalmaq üçün düşərgə qurduqlarını bildiriblər.
“MİR 24” telekanalının məlumatına görə, xilasedici və həkimlərin olduğu iki göyərtə qəza enişi yerinə yola düşüb.
İsmoili Somoni zirvəsi Tacikistanın ən hündür yeridir – onun hündürlüyü 7495 metr təşkil edir.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub