Rusiyanın Türkiyə ilə əməkdaşlığı üçüncü ölkələr, o cümlədən Yunanıstana qarşı yönəlməyib.
Mynews.az xəbər verir ki, bu barədə Rusiya XİN rəsmisi Mariya Zaxarovabildirib.
“Dəfələrlə müxtəlif səviyyələrdə vurğuladığımız kimi, Rusiya kimləsə kiməsə qarşı dostluq etmir, xüsusilə də bizim Türkiyə ilə əməkdaşlığımız – sadəcə, nümunə üçün deyirəm, çünki bu tezis aktiv şəkildə mediaya çıxarılıb – üçüncü ölkələrə qarşı yönəlməyib”, - deyə o, Yunanıstan XİN-nin məsələ ilə bağlı bəyanatını şərh edib.
Qeyd edək ki, bu günlərdə Yunanıstan XİN rəsmi Moskvanın rusiyalı diplomatların ölkədən çıxarılması ilə bağlı cavab tədbirlərinə dair bəyanat verib. Yunanıstan XİN Rusiyanı “Türkiyənin silahdaşı” adlandıraraq, Moskvanın 190 il ərzində Yunanıstan və Rusiya arasında olan münasibətləri xarakterizə edən dostluq və əməkdaşlıq səviyyəsinə cavab verən mövqelərdən uzaqlaşdığını bildirmişdi.
1
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
1033 dəfə oxunub
2
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
1024 dəfə oxunub
3
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
1022 dəfə oxunub
4
Azərbaycanda alim vəfat etdi
997 dəfə oxunub
5
İqbal Ağazadənin kabinetində HƏBS - ƏMƏLİYYAT KEÇİRİLDİ
989 dəfə oxunub