Azərbaycanlı zəvvar Həcc ziyarətində tapdığı pulqabını sahibinə qaytarıb.
Mynews.az "Report"a istinadən xəbər verir ki, Abdulla adlı azərbaycanlı təvaf zamanı (Həcc vaxtı Kəbənin ətrafına saat əqrəbinin əksi istiqamətində dövrə vurmaq) pulqabını tapıb.
Pulqabında avro, Səudiyyə rialı və kredit kartları olub. O, pulqabındakı kartda göstərilən telefon nömrələri vasitəsilə onun sahibinin yaxınları ilə əlaqə saxlaya bilib.
Abdulla daha sonra pul kisəsini Avropa, Amerika və Türkiyədən olan zəvvarların işləri üzrə İdarəyə təhvil verib və pulqabını itirən fransalı zəvvar onu oradan götürə bilib.
Azərbaycanlının sözlərinə görə, 1974-cü ildə ilk dəfə Həcc ziyarətinə gəldikdə o, özü pul kisəsini itirib və sonrada Səudiyyə Ərəbistanı hüquq-mühafizə orqanları əməkaşları onu taparaq qaytarıblar: "İndi 44 il əvvəlin borcunu geri qaytarıram".
Fransız zəvvar isə pulqabının itirilməsinin onun üçün böyük çətinliklər yaratdığını, orada vacib sənədlər olduğunu bildirib və pul kisəsinin tapılması üçün Allaha dua etdiyini vurğulayıb.
1
Dron məktəbin yaxınlığına belə düşüb - Həmin anın videosu
1423 dəfə oxunub
2
Naxçıvan Hava Limanı vuruldu - VİDEO
1418 dəfə oxunub
3
Heç bir məktəbə ziyan dəyməyib - RƏSMİ
1386 dəfə oxunub
4
İrandan Türkiyəyə atılan raketlə bağlı AÇIQLAMA
1381 dəfə oxunub
5
İran Naxçıvana 4 dron yönləndirib - MN
1377 dəfə oxunub