USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Hollandiyanın baş naziri Türkiyədən üzr istədi

09:50 15.03.2017
Hollandiyanın baş naziri Türkiyədən üzr istədi
09:50 15.03.2017
Türkiyənin baş naziri Binəli Yıldırım Hollandiya ilə yaşanan diplomatik qalmaqalla bağlı önəmli açıqlama verib.
 
AzVision.az xəbər verir ki, B.Yıldırım açıqlamasında Hollandiyanın baş naziri Mark Ryutte ilə əlaqə saxladığını, xoşagəlməz olaylara görə həmkarının ondan üzr istədiyini deyib.
 
Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinə eniş icazəsinin verilməməsi və ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kayanın Hollandiyaya buraxılmaması ilə əlaqədar iki ölkə arasında siyasi qalmaqal yaşanır. 
 
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Hollandiyanın üzr istəməsini tələb etsə də, qarşı tərəf bundan imtina etmişdi.

Xəbər lenti