ABŞ-da polis əməkdaşları “Təcili yardım” serialının ulduzu Vanesa Markesi yaşadığı mənzildə güllələyiblər.
Mynews.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Los Ancelesdə baş verib.
Bildirilir ki, aktrisa müxtəlif xəstəliklərdən, o cümlədən psixi çatışmazlığından əziyyət çəkirdi.
Polis bölməsinə edilən zəng əsasında 49 yaşlı aktrisanın evinə yollanan polislər onu xəstəxanaya getməyə razı salmağa çalışsalar da, bu, mümkün olmayıb. Bu zaman V. Markes qəflətən əlinə oyuncaq tapançanı götürüb, polislər isə onu əsl tapança olduğunu düşündüyündən atəş açıblar.
Nəticədə aktrisa güllə yarası alıb. O, xəstaxanaya çatdırılarkən yolda ölüb.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub