Amerikalı qadın qızının intiharını canlı yayımla izləyib.
Gina Caze üç saat ərzində övladı Naika Venantın özünə qəsd etməsini "Facebook"da izləyib.
Ana qızını sakitləşdirmək və intihardan çəkindirmək əvəzinə, onu şərhləri ilə daha da qıcıqlandırıb, həyatına qəsd etməyə sövq edib. "O valideynlərinə qulaq asmayan, populyarlıq həvəsində olan ağlayan canavar balasına oxşayır. Yalançı həyəcandır", yazaraq qadın qeyd edib.
Məlumata görə, bəzi istifadəçilər qəsd haqqında polisə məlumat veriblər. Lakin onlardan heç biri dəqiq ünvanı deyə bilməyib (həmin zaman o ögey valideynlərinin evində olub). Polis bir neçə saat sonra Venantın evinə gələndə isə hamam otağında onun cansız bədəni ilə qarşılaşıblar.
Naykinin sinif yoldaşlarının sözlərinə görə, qız doğma anası onu istəmədiyi üçün dərin depressiyada olub. "O, həmişə övladlıq kimi qalacağından narahat idi".
Ana yazdığı şərhləri qızının ölümündən sonra qeyd etdiyini deyib. Vəkili isə intihar zamanı onun ümumiyyətlə internetə daxil olmadığını deyib.
Gənc qız 2009-cu ildə övladlığa verilib. Doğma ana uşağa fiziki işgəncə verməkdə ittiham edilib. İddiaya görə, o 14 yaşlı qıza pornoqrafiq görüntülər göstərib, onu öz sevgililəri ilə bir otaqda yatmağa vadar edib.
2015-ci ildə Caze rəsmən övladından imtina edib.
mənbə: istipress
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub