Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda narkotik satmaqda təqsirləndirilən Toğrul Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Mynews.az Qafqazinfo.az-a istinadən verdiyi xəbərə görə, hakim Rahib Salmanovun sədrlik etdiyi prosesdə hökm oxunub.
Məhkəmə kollegiyasının hökmü ilə Toğrul Əsgərov 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Cəlilabad rayon sakini Toğrul Əsgərovun Nəsimi rayonu ərazisində kirayədə yaşadığı evinə baxış zamanı oradan 3 kiloqram 500 qram tiryək aşkar edilərək götürülüb. T. Əsgərov basketbolçu olub. O, ölkənin bir-neçə basketbol klublarında oynayıb, "Qala" basketbol klubunun üzvü olub.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub