Türkiyədə FETÖ-yə qarşı əməliyyatlar çərçivəsində “silahlı terror təşkilatı idarəçiliyi” cinayətində ittiham edilən “Oyanış” filminin rejissoru Ali Avcıbarəsində altı il üç ay həbs cəzası verilib.
Mynews.az xəbər verir ki, onun 15 ildən 22 ilə qədər həbsi istənilmişdi.
“Bu film çevriliş olsaydı, necə olardı, onu göstərən bir filmdir. Film bir nəfərlik deyil. Misal üçün, körpünü bağlayarkən, polis şöbəsinin müdiri kömək edir. Filmdə əsas problem olan səhnə Ərdoğanın başına silah dirənilməsi səhnəsidir.
Küçədə uşaqdan da soruşsanız, çevrilişin hədəfinin Ərdoğan olduğunu deyər. Ərdoğan da bunu söyləyər. Bu, bir təbliğat olsaydı, Ərdoğanı namaz qılarkən yox, qaçış planı qurarkən çəkərdim”, - İstanbul Ağır Cəza Məhkəməsində həbs edilən Ali Avcı deyib.
O bildirib ki, bu səhnə ilə heç bir subliminal mesaj verməyib və bəraətini istəyib. (Oxu.az)
1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub