Rusiyanın “Kommersant” nəşri Rusiya prezidenti Vladimir Putinin şənbə görüşləri haqqında material hazırlayıb. Materialda Putinin Ermənistan baş naziri ilə bağlı da danışılır.
Mynews.az xəbər verir ki, yazının müəllifi Andrey Kolesnikovun sözlərinə görə, erməni jurnalistlərdən birinə onların baş nazirinin əhvalı haqqında sual verib və belə cavab alıb:
“Konstruktiv. Rusiyanı sevdiyini və dostluq etmək istədiyini deyəcək. Çünki Koçaryanın həbsindən sonra hər şey pisləşib... Ancaq onu buraxdılar. Sizin prezidentiniz Koçaryanı doğum günü münasibətilə təbrik edib. Bu işarəni başa düşdük. Bizdə hər şey yaxşıdır”.
“Korrespondent” yazıb ki, Paşinyan Vladimir Putindən iki ölkə arasındakı münasibətlər haqqında danışmağı xahiş edib.
“Bu bədbinliyə rəğmən, qeyd etmək istərdim ki, bizim əlaqələrimiz dinamik şəkildə inkişaf edir”.
Nəşrin məlumatına görə, Rusiya prezidentinin bu kimi fikirlərə lütfkarlıq göstərməsi qəribədir.
Məqalə müəllifi hesab edir ki, Koçaryanın həbsi Vladimir Putinə güclü təəssürat yaradıb.
1
Dron məktəbin yaxınlığına belə düşüb - Həmin anın videosu
1423 dəfə oxunub
2
Naxçıvan Hava Limanı vuruldu - VİDEO
1418 dəfə oxunub
3
Heç bir məktəbə ziyan dəyməyib - RƏSMİ
1386 dəfə oxunub
4
İrandan Türkiyəyə atılan raketlə bağlı AÇIQLAMA
1381 dəfə oxunub
5
İran Naxçıvana 4 dron yönləndirib - MN
1377 dəfə oxunub