Hindistandan olan tanınmış professor və ictimai xadım Rita Citendra“Good Morning J&K” şousunun canlı yayımı zamanı ürək tutmasından vəfat edib.
Mynews.az xəbər verir ki, bununla bağlı “The Sun” məlumat yayıb.
Aparıcı Zahid Muxtarın sözlərinə görə, 86 yaşlı qadın proqram müəlliflərinə həyat haqqında danışırmış və “yaxşı görünürmüş”.
Qəfil Citendra danışmağı dayandırıb və hıçqırmağa başlayıb. Daha sonra isə huşunu itirib.
Efir yarımçıq dayandırılıb və qadına ilkin yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Professorun ürək tutmasından dünyasını dəyişdiyi açıqlanıb.
Teleşou müəlliflərinin sözlərinə görə, qadın canlı efirdən əvvəl Hindistanın sabiq prezidenti Əbdül Kəlam kimi iş başında ölmək istədiyini açıqlayıb. Əbdül Kəlam 2015-ci ildə universitetlərdən birində mühazirə zamanı vəfat etmişdi.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub