Məşhur amerikalı rejissor və prodüser, çoxsaylı cinsi təcavüzlərdə suçlanan 66 yaşlı Harvi Vaynşteynlə bağlı video yayılıb.
Mynews.az xəbər verir ki, 2011-ci ildə çəkilən videoda rejissorun görüşdüyü qadının arxasına toxunması, onu oxşaması, təhrikedici sözlər deməsi əks olunub.
Videonu Sky News əldə edib. Kadrlardakı qadın 28 yaşlı Melissa Tompsondur. O, görüşdən sonra prodüser tərəfindən zorlandığını iddia edir.
Model bildirib ki, 2011-ci ilin sentyabrında biznes danışıqları üçün "The Weinstein Company"-yə yollanıb. O, marketinq komandası ilə qarşılacağını düşünsə də, Vaynşteyn onu tək qarşılayıb.
Qadın həmin anları videoya çəkib. Vaynşteyn otağa daxil olarkən işçilərə "müsahibəni bölməyin" deyə tapşırıq verib. O, daha sonra əlini Melissanın ətəyinin altına salıb və onun ehtiraslı göründüyünü söyləyib.
Mynews.az görüntüləri təqdim edir.