"ABŞ hökuməti açıq laboratoriyaları təşviq edir və Ermənistandakı laboratoriyalara giriş məsələləri ilə bağlı qərarları Ermənistan hökuməti qəbul edir".
Mynews.az ordu.az-a istinadən xəbər verir ki, bunu ABŞ-ın Ermənistandakı səfirliyindən Rusiya mütəxəssislərinin Ermənistanda yerləşən ABŞ laboratoriyalarına girməsinə icazə verilməsi haqqında suala cavab verərkən bildiriblər.
Cavab məktubunda qeyd edilir:
"ABŞ hökuməti Ermənistan hökumətinə xəstəliklərə reaksiya verilməsi və uçotunun aparılması imkanlarının təkmilləşdirilməsinə dəstək verir. Baş nazirin son dövrlərdə qeyd etdiyi kimi, Səhiyyə və Kənd Təsərrüfatı Nazirliyi daxilində ictimai səhiyyə laboratoriyaları, o cümlədən bu müəssisələrə xarici rəsmi ziyarətçilərin daxil olması Ermənistan hakimiyyətinin tam nəzarəti altındadır. Ümumiyyətlə, ABŞ hökuməti açıq laboratoriyaları təşviq edir və Ermənistandakı laboratoriyalara giriş məsələləri ilə bağlı qərarları Ermənistan hökuməti qəbul edir”.
Xatırladaq ki, erməni mətbuatı ABŞ səfirliyindən Ermənistan baş naziri Nikol Pashinyanın rusiyalı alimlərin Ermənistanda ABŞ laboratoriyalarına daxil olmasına icazə verməsi barədə bəyanatına münasibət bildirməyi xahiş edib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub