Avstraliya sakini Taylanddakı kurortlardan birinə səfəri zamanı “balıq pedikürü” adlı ekzotik spa prosedurundan istifadə etmək qərarına gəlib. Bu prosedur onu sağ ayağının bütün barmaqlarından məhrum edib.
Mynews.az xəbər verir ki, bununla bağlı “Metro” nəşri məlumat yayıb.
Hadisə 2010-cu ildə baş verib. Bu hadisədən dörd il əvvəl, 2006-cı ildə qızın sağ ayağının bir barmağı artıq amputasiya edilibmiş. Taylanddakı prosedur zamanı qız ayağını xüsusi balıqlar olan akvariuma salıb.
Daha sonra məlum olub ki, qızın ayağına mikrob düşüb. Buna səbəb akvariumdakı çirkli su olub. Avstraliyanın Pert şəhərinə qayıdan qız özünü pis hiss edib. Xəstəxanaya aparılan qızın sağ ayağının qalan dörd barmağı da amputasiya edilib.
Əməliyyatdan sonra qız “Instagram” hesabı açıb və insanları ekzotik prosedurların təhlükəsi ilə bağlı xəbərdar edib. (Oxu.az)
1
Dron məktəbin yaxınlığına belə düşüb - Həmin anın videosu
1423 dəfə oxunub
2
Naxçıvan Hava Limanı vuruldu - VİDEO
1418 dəfə oxunub
3
Heç bir məktəbə ziyan dəyməyib - RƏSMİ
1386 dəfə oxunub
4
İrandan Türkiyəyə atılan raketlə bağlı AÇIQLAMA
1381 dəfə oxunub
5
İran Naxçıvana 4 dron yönləndirib - MN
1377 dəfə oxunub