Qırğızıstan Xarici İşlər Nazirliyi Qazaxıstan tərəfinə Almatı aeroportunda Qırğızıstan vətəndaşlarının “alçaldıcı şəkildə yoxlanılması” ilə əlaqədar nota verib.
Mynews.az xəbər verir ki, bununla bağlı Qırğızıstanın xarici siyasət idarəsinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Qırğızıstan vətəndaşlarının şikayətləri və baş verən hadisələrlə əlaqədar əldə olunan faktlar əsasında Qazaxıstanın Bişkekdəki səfiri Kərim Kokrekbayev Qırğızıstan XİN-ə çağırılıb.
Qazaxıstan səlahiyyətli orqanlarının hərəkətləri ilə əlaqədar səfirə etiraz notası təqdim olunub.
XİN-dən bildirilib ki, nazirlik vəziyyəti nəzarətdə saxlayır və bu məsələ ilə bağlı Qazaxıstan tərəfi ilə işini davam etdirəcək. (oxu.az)
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub