Fransada kişi “Allahu Əkbər” deyərək, avtomobilini insanların üzərinə sürüb.
Mynews.az xəbər verir ki, bununla bağlı “The Local” nəşri məlumat yayıb.
Avtomobil maneələrə çırpılıb, hadisə zamanı iki nəfər xəsarət alıb.
İnsident Fransanın cənubundakı Nim şəhərində keçirilən festival zamanı baş verib. 32 yaşlı şəxs “Peugeo” markalı avtomobilini barlardan birinin qarşısında dayanan 50 nəfərin üzərinə sürüb.
Avtomobil festival üçün qurulmuş maneəyə çırpılıb. Sürücü qaçmaq istəsə də, buna nail olmayıb və saxlanılıb. Nim prokuroru Erik Maurelin sözlərinə görə, saxlanılan şəxs anlaqsız vəziyyətdə olub və xəstəxanaya aparılıb.
Polis hadisənin terror aktı olmadığını açıqlayıb.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub