Türkiyənin qalmaqallı aparıcısı Seda Akgül ötən gün yenə gündəmə gəlməyi bacarıb. O, efirdə "Beşiktaş" futbol klubunun qapıçısı Loris Karius-dan xoşlandığını, onu öpmək istədiyini dilə gətirib. Onun bu etirafı narazılıqla qarşılanıb. Aparıcını buna görə sosial şəbəkələrdə "yıxıb-sürüyüblər".
Seda Akgül məsələ ilə bağlı açıqlama vermək məcburiyyətində qalıb. O, etirafı ilə bağlı Instagram-da yeni video yayıb. Aparıcı qalmaqallı sözlərini "zarafat" adlandıraraq özünə haqq qazandırmaq istəyib.
"Qadının da zarafat etmək haqqı var. Sadəcə zarafatla dedim ki, Karius gəlsə onu öpmək üçün 3750 lira verərəm. Siz kişilər bir-birinizlə zarafatlar etmirsiniz? Ağlımın az olduğunu düşünməyin, ehtirasımı isə qabartmayın".


1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub