Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində ABŞ prezidenti Donald Trampla Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş gözlənilmir.
Mynews.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan xarici işlər naziri Zoqrab Mnatsakanyan deyib.
“Paşinyan-Tramp görüşünün təşkili üçün müəyyən vaxt lazımdır. Biz ABŞ rəhbərliyi ilə bunun üzərində işlər aparırıq”, - Mnatsakanyan deyib.
Bundan öncə Ermənistan mətbuatının yaydığı məlumata görə, Paşinyan Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının 73-cü sessiyasında iştirak etmək məqsədilə sentyabrın 23-də ABŞ-a səfər edəcək.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub