ABŞ Senatı sabiq senator Deniyel Koutsu (Dan Coats) Milli Kəşfiyyat İdarəsinin rəisi vəzifəsinə təsdiqləyib.
Mynews.az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.
Senatda keçirilən səsvermə nəticəsində 73 yaşlı D.Kouts bu vəzifəni tutub. Kouts on ildən çox Senat üzvü olub. Ondan əvvəl isə dörd il Nümayəndələr palatasının üzvü olub. Kouts Senatın kəşfiyyat üzrə xüsusi komitəsinin üzvü vəzifəsini də daşıyıb. O, Kiçik Corc Buşun prezidentliyi dövründə ABŞ-ın Almaniyadakı səfiri olub.
ABŞ-ın Milli Kəşfiyyat İdarəsinin rəisi, Mərkəzi Kəşfiyyat İdarəsi və Federal Təhqiqatlar Bürosu daxil olmaqla ABŞ-ın 17 xüsusi xidmət orqanının fəaliyyətini əlaqələndirir.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub