Ukrayna məhkəməsi şantajçını onun silahından güllələyərək, özünü qoruyan azərbaycanlı iş adamı ilə bağlı qərar çıxarıb.
Mynews.az xəbər verir ki, özünümüdafiə sərhədini aşdığına görə o, ictimai işlərə cəlb edilib.
Qanlı dava Novıy Melitopoldakı hündürmərtəbəli binanın həyətində baş verib. Hadisə günü səhər saatlarında iş adamına şəriki zəng edib və ondan zorla pul almaq istədiyini bildirib. İş adamı kartof satışı işə məşğul olub. O, evinin qarşısında pul tələb edən şəxsi görüb. Bundan sonra tərəflər arasında dava düşüb. Şantajçı cibindəki “Makarov” tapançasını çıxarıb və onun ayağına atəş açıb.
Cinayətkarın əlindən silahı aldıqdan sonra iş adamı onun cibindən qumbara çıxardığını görüb. O, hər kəsi partlatmaqla hədələyib. Bunun qarşısını almaq üçün iş adamı şantajçının silahından onun ayağına beş dəfə atəş açıb.
Yaralılar xəstəxanaya aparılıb. Şantajçı orada keçinib. Onun ölümünə xəstəxanaya hadisədən üç saat sonra çatdırılması səbəb olub.
Şantajçının həyat yoldaşı məhkəmədə verdiyi ifadədə bildirib ki, o, hadisə günü əri və qardaşı ilə birlikdə bazarda olub. Bu zaman iki maşın yaxınlaşıb və orada olan səkkiz nəfər ərini döyüb. Onlardan biri silahdan ərinin ayağına atəş açıb.
Ancaq hakimlər onun sözlərinin heç bir sübutunu tapmayıblar.
Şahidlərin sözlərinə görə, ölən şəxs özünü “şəhərin sahibi” hesab edib, həmişə silahla gəzib və azərbaycanlı satıcılardan pul tələb edib. Onlar qorxduqları üçün pulu verirdilər.
İttiham olunan şəxs əməlini etiraf edib. O bildirib ki, heç kimi öldürmək məqsədi olmayıb və yalnız özünü qoruyub. Məhkəmənin qərarı ilə o, 150 sutkalıq ictimai işlərə cəlb edilib.
1
Dron məktəbin yaxınlığına belə düşüb - Həmin anın videosu
1423 dəfə oxunub
2
Naxçıvan Hava Limanı vuruldu - VİDEO
1418 dəfə oxunub
3
Heç bir məktəbə ziyan dəyməyib - RƏSMİ
1386 dəfə oxunub
4
İrandan Türkiyəyə atılan raketlə bağlı AÇIQLAMA
1381 dəfə oxunub
5
İran Naxçıvana 4 dron yönləndirib - MN
1377 dəfə oxunub