ABŞ prezidenti Donald Tramp seçki kampaniyası dövründə Meksika ilə sərhəddə divar inşa etdirəcəyinə dair söz vermişdi. bu gün Meksika ilə sərhəddə divarın inşasına başlanılacaq. Bundan başqa, Suriya, İraq, İran, Yəmən, Liviya, Sudan və Somali vətəndaşlarına viza verilməsinə məhdudiyyət tətbiq ediləcək.
Tramp yuxarıda adı qeyd edilən 7 dövlətin vətəndaşlarının qaçqın kimi ABŞ-a girməyinə məhdudiyyət tətbiq edəcək. ABŞ mediası qadağaların 4 ay qüvvədə olacağını yazır.
20 yanvar tarixində and içərək prezident kimi fəaliyyətə başlayan Tramp Çinlə üz-üzə gəlib, İsraildə bayrama səbəb olub, mətbuata qarşı müharibə elan edib, beynəlxalq ticarət müqaviləsini ləğv edib. Tramp həm də Obama tərəfindən üç dəfə rədd edilən iki kəmər layihəsini imzalayıb.
Trampın MKİ-yə səfəri zamanı işlətdiyi "İraq nefti bizim ola bilərdi" cümləsi rəsmi Bağdadın reaksiyasına səbəb olub. Baş nazir Heydər əl İbadi "Trampın sözlərini qəbul etmək olmaz"-deyib.
ABŞ prezidenti abortu dəstəkləyən beynəlxalq qruplara da federal yardımın edilməsini qadağan edib.(Ölkə.az)