Türkiyədə onlarla “qanuni oğru”nun gözləri önündə kriminal aləmdə “Tarzan” ləqəbi ilə tanınan 31 yaşlı İrakli Rexviaşvili vəhşicəsinə döyülüb və oğru titulundan məhrum edilib.
Mynews.az xəbər verir ki, bununla bağlı “Prime Kraym” nəşri məlumat yayıb.
Bildirilib ki, hadisə sentyabrın 29-da baş verib. Tarzanın 2014-cü ildə kriminal avtoritet Roman Xmaladzenin (Roma Batumski) oğru titulundan məhrum edilməsinə görə qisas alınması bu hadisəyə səbəb olub.
Bundan başqa, Tarzanın “qanuni oğru” Mindiya Qoradzenin (Lavasoqlı Batumski) ünvanına səsləndirdiyi fikirlər səbəbindən döyüldüyü iddia edilir.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub