Qazaxıstan mətbuatı Aktobe şəhərində yanan çoxmərtəbəli binadan insanları xilas edən azərbaycanlının cəsarətindən yazıb.
Mynews.az xəbər verir ki, Tahir Quliyev Azərbaycandan Aktobeyə qonaq gedib.
Hadisə günü küçədən keçən zaman o, binada güclü yanğının baş verdiyini görüb. O zaman Tahir avtomobilini saxlayıb və yanğınsöndürənlər gələnə kimi insanları xilas etməyə başlayıb.
“Yanğını görən kimi maşını saxladım və binaya tərəf qaçdım. Gördüm ki, gənclər kənarda durub hadisəni telefona çəkirlər, şoka düşdüm. İki nəfərlə insanları xilas etmək üçün binaya daxil olduq. Qapıları döyməyə başladıq.
Uşaqlardan mağazadan su almağı xahiş etdim. Mən dörd qadını xilas etdim. Aşağı düşəndə qızlardan biri mənə yaxınlaşdı ki, bibisi altıncı mərtəbədə qalıb. Bu zaman dostum binaya girdi və həmin qadını xilas etdi. Hadisə zamanı uşaqların qışqırtısını eşitdim və buna biganə qala bilmədim”, - Quliyev deyib.
1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub