Kürdəmir rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Mynews.az report.az-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun 186-cı kilometrliyində, magistral xəttin Kürdəmir ərazisindən keçən hissəsində qeydə alınıb.
Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü Heydərov Rövşən Kamil oğlu idarə etdiyi “Şkoda” markalı avtomobillə Bakı istiqamətində hərəkətdə olarkən səhhətində problem yaranıb. Bu səbəbdən o, nəqliyyat vasitəsində idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarındakı su kanalına düşüb.
Hadisə zamanı sürücü qəza yerində dünyasını dəyişib. Avtomobildə olan digər sərnişinlər, Rusiya vətəndaşları - 1980-ci il təvəllüdlü Fedina Nataliya Anatolevna və 1975-ci il təvəllüdlü Yaşina Olqa Viktorivna müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Kürdəmir rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub