Məşhur fizik Stiven Hokinq ölümündən əvvəl DNK-sı dəyişdirilmiş “super insanlar”ın planeti zəbt edəcəyindən qorxusunu ifadə edib.
Mynews.az-ın xəbərinə görə, alim bu barədə sonuncu kitabında yazıb.
“Ciddi suallara qısa cavab” adlı kitab oktyabrın 16-da dərc ediləcək.
Kitabda fizik gələcəkdə insanların DNK-larını dəyişdirəcəklərindən və orqanizmlərinin müxtəlif xüsusiyyətlərinin gücləndirəcəklərindən yazıb.
“Ehtimal ki, gələcəkdə genetik mühəndisliyə qarşı qanunlar tətbiq ediləcək. Lakin bəziləri insani keyfiyyətlərini yaxşılaşdırmaq üçün (xəstəliklərə qarşı mübarizə və ömrün uzadılması) bu qanunlardan kənara çıxacaqlar”, - “The Sun” qəzeti kitabdan sitat gətirir.
Hokinqin fikrincə, “super insanlar”ın yaradılması adi insanların aşağı kastada formalaşmasına, daha sonra isə onların məhv olmasına səbəb olacaq.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub