Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Emmanuel Makron, Belçika və Lüksemburq liderləri oktyabrın 17-də Qrand-plas meydanındakı bara gediblər. Siyasətçilər Britaniyanın baş naziri Tereza Meylə görüşdən, Britaniyanın Avropa İttifaqından çıxışını müzakirə etdikdən sonra oraya baş çəkiblər.
Mynews.az xəbər verir ki, fotonu xorvatiyalı jurnalist Xrvoye Kreşiçyayımlayıb.
Merkel və Makron turistlər və yerli sakinlərlə söhbət edib. Lüksemburq baş naziri Ksavye Bettel deyib ki, seçkilərdə qalib gəldiyi üçün siyasətçilərə içki alıb.
“Hər şey əla idi. Biz də insanıq”, - Bettel sosial şəbəkədəki fotosunu şərh edərkən deyib. O qeyd edib ki, barda onlar pivə və qızardılmış kartof dadıblar.
Fransa prezidentinin köməkçisi bildirib ki, görüş təsadüfi olub. Bettel Makron və Merkellə hotelə qayıdan zaman belə bir təklif irəli sürüb.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub