Ermənistan parlamentində oktyabrın 24-də yeni baş nazir seçkisi keçiriləcək.
Mynews.az report-a istinadən xəbər verir ki, bunu parlament Aparatı rəhbərinin müavini Arsen Babayan bildirib.
Onun sözlərinə görə, həmin gün qanunverici orqanın toplantısında yeni hökumət başçısını müəyyənləşdirmək üçün səsvermə olacaq.
Ermənistan Konstitusiyasına əsasən, baş nazir və hökumət üzvləri istefa verdikdən 7 gün sonra parlamentdəki fraksiyalar bu posta yeni namizədlər irəli sürməlidir. Əgər səsvermədə yeni baş nazir seçilməzsə, o zaman 7 gündən sonra yeni seçki keçirilir. Baş nazir ikinici turda da seçilməzsə parlament buraxılır.
Ölkəni əsas qanununa görə, qanunverici orqan buraxıldıqdan 30 gündən tez, 45 gündən gec olmayaraq, növbədənkənar parlament seçkiləri keçirilir.
Parlament buraxıldıqdan sonra Ermənistan Prezidenti seçkilərin keçiriləcəyi günü təyin edir. Arsen Babayan bildirib ki, yeni parlamentin ilk iclasınadək buraxılan aqanunverici orqan bütün səlahiyyətlərinin saxlayır.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 16-da istefa verib.
1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub