Səudiyyə Ərəbistanı Türkiyədəki konsulluqda münaqişə səbəbindən jurnalist Camal Kaşıkçının ölümünü təsdiqləyib.
Mynews.az xəbər verir ki, bununla bağlı “Reuters” agentliyi ölkənin baş prokurorluğunun bəyanatına istinadla məlumat yayıb.
Səudiyyə Ərəbistanı rəhbərliyi kəşfiyyat xidmətinin əməkdaşı Əhməd Assirini istefaya göndərib və onu kral sarayının müşaviri statusundan məhrum edib. Baş prokurorun sözlərinə görə, vəliəhd şahzadəsinin müşaviri Səud əl-Kaxtani də vəzifəsindən azad edilib.
Səudiyyə tərəfinin məlumatlarına əsasən, Kaşıkçı konsulluqda görüşdüyü insanlar tərəfindən öldürülüb. Onların dəqiq kimliyi açıqlanmır. Faktla bağlı 18 nəfər saxlanılıb.
Oktyabrın 19-da ABŞ prezidenti Donald Tramp etiraf edib ki, itkin düşmüş səudiyyəli jurnalist ölüb.
Kaşıkçı oktyabrın 2-də sənəd almaq üçün İstanbulda yerləşən Səudiyyə Ərəbistanı konsulluğuna daxil olduqdan sonra yoxa çıxıb.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub