Ukraynada barəsində qanuni hökm qüvvəyə minən yeniyetmə qatili azadlğa buraxılıb.
Mynews.az xəbər verir ki, bu barədə ölkənin Baş prokurorunun müavini Yevgeniy Yenin “Facebook” səhifəsində yazıb.
O təəccüblə qeyd edib ki, buna səbəb kimi islah müəssisəsində boş yerin olmaması göstərilib. Yeninin sözlərinə görə, qətlə yetirilənin qohumları azadlıqda gəzən qatillə üz-üzə gəldikdə və izahat üçün hüquq mühafizə orqanlarına müraciət etdikdə, məhz belə izahat eşidiblər.
Hadisədə iştirak edən Ukraynanın polis əməkdaşları barəsində xidməti araşdırma başladılıb. Bundan əlavə, ölkənin bütün regionlarında cəzaçəkmə müəssisələrində yoxlamalar aparılacaq. Qalmaqala səbəb olan qatil isə artıq dəmir barmaqlıqlar arxasına göndərilib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub