Türkiyənin Kayseri şəhərində Xocalı Şəhidlərinin xatirəsinə ucaldılan abidənin açılış mərasimi keçirilib.
Mynews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, mərasimdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim, Azərbaycan və Rusiya Federasiyasının millət vəkilləri, Kayseri valisinin köməkçisi Nail Anlar və sair rəsmi şəxslər iştirak ediblər.
Abidənin açılışında çıxış edən Rusiya Dövlət Duması nümayəndəsi və Siyasi Araşdırmalar İnstitutunun müdiri Ramin Qasımov, AK Partiya İstanbul Millət vəkili Şamil Ayrım Xocalı qırğınını törədənlərə ən ağır cəza tələb ediblər.
Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov Azərbaycan və rus millət vəkilləri ilə birlikdə abidənin qarşısına qırmızı qərənfillər qoyub.
“Allah böyük gardaş Türkiyəni var etsin. Belə bir faciəni kimsənin başına gətirməsin. Xocalıda insanları arxadan vurdular. Qanlı faciəni yenidən xatırlayaraq sizi çox üzmək istəmirəm, amma bu, tarixə düşən ən qanlı faciədir.
Xocalı qırğını, soyqırım sözünün tam mənasıdır. Təəssüf ki, faciəni törədənlər bu gün Ermənistan dövlətinin rəhbərliyindədir”, - Əli Həsənov çıxışında deyib.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub