“Qirçi” partiyasının lideri və Gürcüstan prezidentliyinə namizəd Zurab Caparidze bu gün Tbilisinin “Deda Ena” parkında keçirilən marixuana festivalında saxlanılıb.
Mynews.az Gürcüstan mətbuatına istinadla xəbər verir ki, siyasətçiyə qarşı irəli sürülən ittihamlar barədə məlumat yoxdur.
Həmçinin festivala qatılan daha bir neçə vətəndaş saxlanılıb.
Lideri Gürcüstan prezidentliyi uğrunda mübarizə aparan “Qirçi” partiyası azadlığa dəyər verən hər kəsi “Deda Ena” parkına gələrək onlara dəstək olmağa çağırıb. Onların fikrincə, marixuana festivalı bu narkotik növünün Gürcüstanda tam azad şəkildə becərilməsinə və istifadəsinə yol açacaq.
Qeyd edək ki, Gürcüstan marixuana satışından əldə edilən gəlirlə yoxsulluqla mübarizə aparmaq niyyətindədir.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub