Əl Bab-da 20 yanvar günü Türkiyə ordusunun şəhidlərinin qisası alınıb.
Bu haqda Türkiyə mətbuatı məlumat yayıb.
O hücumdan düz 2 gün sonra kəşfiyyat terrorçuların yerini təsbit edib, xüsusi təyinatlılar hərəkətə keçərək, 20 yanvar gecəsi türk hərbçilərinə qarşı xain hücum təlimatını verən İŞİD "əmir"ini ələ keçirib.
Qeyd edək ki, İŞİD-in 20 yanvar gecəsi terror hücumu zamanı 5 hərbçi - Emre Doruk, Bahattin Mis, Səlim Topal, Ramazan Daşqın və Mete Can - şəhid olub, 9 əsgər isə yaralanıb.
Partlayışın ardından TSQ tərəfindən bölgədə geniş miqyaslı əməliyyat başladılıb. F-16-lar tərəfindən bölgədə təsbit edilən İŞİD hədəflərinə bombalar yağdırılıb. Ümumilikdə 21 hava zərbəsi nəticəsində 46 İŞİD terrorçusu məhv edilib, 16-sı isə yaralanıb.
İŞİD "əmir"inin yeri kəşfiyyat əməliyyatı nəticəsində 48 saata müəyyən edilib. Əməliyyat üçün TSQ-nin göz bəbəyi olan xüsusi təyinatlılar (bordo beretlilər) təlimatlandırılıblar. Basqın şəklində həyata keçirilən əməliyyat hərəkat mərkəzindən də canlı olaraq izlənilib. Terror əmrini verən İŞİD "əmir"i sağ ələ keçirilərək Türkiyəyə gətirilib.
Hal-hazırda onun dindirilməsi davam edir.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub