Putin və Ərdoğan son nöqtəni qoymağa yaxındır NATO-ya SARSIDICI ZƏRBƏ

859
Putin və Ərdoğan son nöqtəni qoymağa yaxındır NATO-ya SARSIDICI ZƏRBƏ

Ankara S-400 "Triumf" zenit-raket komplekslərini NATO-nun hava hücumundan müdafiə sistemi ilə birləşdirməyəcək.
Bu haqda Türkiyənin müdafiə naziri Fikri İşık deyib.
Türkiyə Müdafiə Nazirliyinin başçısı bir gün əvvəl isə S-400 zenit-raket kompleklərinin çatdırılmaları üzrə Moskva ilə danışıqlarda irəliləyişin olduğunu bildirib. Amma qeyd edib ki, hələlik konkret razılıq yoxdur.
Fevral ayında Türkiyə Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu bildirib ki, S-400-lərin çatdırılması üzrə Rusiya-Türkiyə danışıqları pozitiv keçir. Həmçinin, Rusiyanın "Rostex" Dövlət Korporasiyasının baş direktoru Sergey Çemezov Moskva və Ankaranın zenit-raket komplekslərinin çatdırılması haqqında danışıqlar apardığını təsdiqləyib.
İki gün əvvəl Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın martın 10-da rusiyalı həmkarı Vladimir Putinlə görüşündə S-400 komplekslərinin Türkiyəyə çatdırılması müzakirə olunub.
S-400 "Triumf" müxtəlif uçuş məsafəsi olan raketlərinin bir neçə tipi ilə təchiz edilmiş çoxkanallı zenit raket sistemidir. "Triumf" S-400 orta mənzilli raketlərdən müdafiə sistemi S-300-ün təkmilləşdirilmiş versiyası hesab olunur. S-400 zenit-raket kompleksləri 2007-ci ildə Rusiya ordusunda silahlanmaya qəbul olunub.
Zenit-raket komplekslərinin dünyada analoqu yoxdur və strateji bombardmançılar, ballistik və qanadlı raketlər də daxil olmaqla istənilən hava hədəflərini məhv edə bilir. Bir S-400 kompleksi eyni anda 36 hava hədəfinə atəş açmaq qabiliyyətindədir və bu hədəflərə 72 raket tuşlayır. Komplekslər hava hədəfləri ilə yanaşı yerüstü hədəfləri də vurmaq imkanındadır. Raketlər hətta Yer səthindən cəmi 5 metr yüksəklikdə uçan hədəfləri də vurur. Bu isə kompleksin üstünlüyü hesab edilir. Müqayisə üçün deyək ki, ABŞ-ın "Patriot" raketləri azı 60 metr yüksəklikdə hədəfləri vura bilir.
"Triumf" 600 kilometrə qədər uzaqlıqdakı hədəfləri aşkar edir.
Xatırladaq ki, 2015-ci ildə Türkiyə Silahlı Qüvvələrinə raket əleyhinə müdafiə sisteminin alınması ilə bağlı tender keçirilib. Tenderdə birinci yeri Çinin CPMIEC (China National Precision Machinery Import and Export Corporation), ikinci yeri ABŞ-ın "Raytheon", üçüncü yeri Avropa konserni "EuroSAM", dördüncü yerisə Rusiyanın "Rosoboronexport" şirkəti tutmuşdu. Sonrakı mərhələdə Rusiya şirkəti ilə danışıqlar tamamilə kəsilmişdi. ABŞ, Avropa və Çinlə danışıqlar davam etdirilmişdi. Türkiyə son mərhələdə Çin şirkəti ilə müqavilənin imzalanması üçün masaya oturub. Çinlə aparılan danışıqlar NATO ölkələrinin təsiri ilə nəticəsiz qalıb. Lakin sonradan NATO-nun təzyiqləri nəticəsində Cin variant da gündəmdən çıxarılıb.
2015-ci noyabrın 24-də Rusiyanın SU-24 bombardmançısının Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən vurulmasından sonra pisləşən münasibətlərin 2016-cı ilin avqustunda normallaşması iki ölkənin hərbi əməkdaşlığını gündəmə gətirib. Həmin ay Ərdoğan və Putin arasında görüş keçirildi. Görüşdən bir neçə gün sonra Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirdi ki, görüşdə müdafiə sənayesi sahəsində əməkdaşlıq müzakirə olunub. O dedi ki, daha əvvəl Çinlə müzakirə edilən raketdən müdafiə sistemi layihəsini Rusiya istəyir.
ABŞ və Avropa Türkiyəyə texnologiya transferinə müsbət yanaşmadığı üçün, Ankara NATO-dan kənar istehsalçı ölkələrlə danışıqların aparılmasının təbii hesab edir.

:publika.az

Xəbər lenti