Rusiyanın Bryansk bölgəsində üç nəfər Azərbaycan vətəndaşı sərhədi qanunsuz keçməkdə təqsirli bilinib.
Mynews.az Rusiya KİV-ə istinadla xəbər verir ki, təqsirli şəxslər saxta pasportlarla Bryansk vilayətinə keçməyə çalışıb.
Bundan əvvəl onlar arzuolunmaz şəxs qismində Azərbaycana deportasiya edilib. Yeni ad və soyad ilə saxta pasportlar hazırlayan şəxslər 2018-ci ilin aprelində Rusiyaya gəlməyə cəhd edib. Onlar Azərbaycandan təyyarə ilə Belarusa, oradan isə avtomobil ilə Rusiyaya daxil olmağa çalışıb.
Zlınkov rayonunun “Krasnıy Kamen” keçid məntəqəsində özlərini şübhəli apardıqları üçün saxlanılıb.
Məhkəmənin qərarı ilə, onların hər biri 10 ay müddətinə azadlıqdan məhrum edilib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub