Çinin Haynan adasının Boao bölgəsində baş tutan “Bir yol, bir qurşaq" mediaforumunun üçüncü hissəsində Çin, Polşa, Portuqaliya və Meksikanın aparıcı xəbər agentliklərinin iştirakı ilə "Jurnalist əməyinin süni itellektlə əvəz olunması" mövzusunda panel keçirilib.
Femida.az-ın Çinə ezam olunan redaktorunun verdiyi məlumata görə, çıxışçılar bildirib ki, süni intellekt daşıyıcıları texnikanın əməyi sayəsində yaradılsa da, professional jurnalist əməyini hələ də əvəz ədə bilmir. Çunki informasiya yayımında süni intelleket cəmiyyətin xəbərə münasibətini hesablaya bilmir. Süni intellekt informasiyanı yaza və paylaşa bilər, ətraflı məqalə isə yaza bilmir. Süni intellektin hələ ki, təsvir qabiliyyəti aşağıdır. Biz süni intellektin jurnalistikaya xeyri ilə yanaşı gətirdiyi məhdudiyyəti də nəzərə almalıyıq.

Süni intellekt istifadəçilərinin fikri ilə bağlı keçirilən sorğuların nəticəsinə baxaq.
Onlar bildirir ki, informasiyanı robotdan aldıqları vaxt özlərini daha çox məlumatın təsiri altında hiss edirlər. Gənclərin çoxu əyləncəli məlumatlar axtardığına görə onları süni intellekt cəlb eləyir. Ətraflı və geniş xəbəri orta yaş qrupu istəyir. Bütün bunların hamısı inkişafa təkan verir.Tələbat artdıqca texniki ekspertlər robot və süni intellekt bazasını inkişaf etdirəcək. Əvvəllər biz yalnız qəzetdə, TV-də, saytda işləyirdik. İşimiz xəbər hazırlayıb yollamaq idi. İndi biz bilirik ki, oxucuya xəbərlə yanaşı digər izləyicilərin rəyi də maraqlıdır. Həmin rəylərlə süni şəkildə oynamaq mediadan böyük texniki resurs tələb edir. Bu rəyləri izləyib gələcək iş planını qurmayan media qurumu özünü gələcəkdə batmış hiss edə bilər.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub