Dünyada turizm ölkəsi kimi tanınan Taylandda səbzi yeməkləri ilə tanınan restoranda amansız cinayət törədilib.
Mynews.az xəbər verir ki, sözüngedən iaşə obyektinin vegeterian müştərilər masalarına gətirilən yeməyin içərisindən ət çıxdığına görə müvafiq dövlət qurumlarına müraciət edib. Bu müraciətdən sonra araşdırılma başlanıb və dəhşətli cinayətin üstü açılıb.
Hüquq-mühafizə orqanlarının ekspertizasından sonra restoran sahibinin müştəri ilə dava edəndən sonra onu öldürdüyü və ardınca onun ətinin qiymə şəklində yeməklərin içinə qatdığı ortaya çıxıb.
Araşdırma zamanı restoranın arxa hissəsində 61 yaşında cəsəd aşkar olunub. Öldürülən şəxsin həmin məkana davamlı gəlib-getdiyi və kimliyi müəyyənləşib.
Mütəxəssislər onun bədənində zorakılıq izləri və çoxlu sayda bıçaq yaralının olduğunu aşkar edib.
Bildirilir ki, restoran sahibi cəsəddən canını qurtarmaq üçün onu bişirərək müştərilərə servis edib və cinayətdən sonra qaçıb. Eyni zamanda meyitin bir neçə hissələrə ayrıldığı məlum olub.


1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub